Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tikinti sahələrinin seysmikliyinin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb
22.05.2019 14:22
  • A-
  • A
  • A+

Tikinti sahələrinin seysmikliyinin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb

ABŞ-ın Lavrence Livermore Milli Laboratoriyasının əməkdaşı, Seysmik Əməkdaşlıq proqramının meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzini (RSXM) ziyarət ediblər.

Məqsəd “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələrin aparılması, eləcə də mərkəz əməkdaşlarına beynəlxalq standartlara uyğun emal proqramları ilə bağlı təlimin keçirilməsi olub.

RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə birgə əməkdaşlığın hazırki vəziyyəti, layihə çərçivəsində Azərbaycanda görülən işlər, eləcə də tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair məsələlər müzakirə edilib.

Qonaqlar Bakı və respublikanın digər böyük şəhərlərində tikinti aparılan sahələrdə seysmikliyin öyrənilməsi ilə bağlı təkliflərini verib, artıq əksər ölkələrin bu normativləri tətbiq etdiklərini bildiriblər. Bundan əlavə, ikitərəfli əməkdaşlığa uyğun olaraq RSXM əməkdaşlarının ABŞ-da təlimə göndərilməsi barədə razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: