Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.05.2019 17:05
  • A-
  • A
  • A+

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar.

Qonaqları AMEA-nın vitse-prezidentləri, akademiklər - İbrahim Quliyev, Dilqəm Tağıyev, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev və YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov müşayiət ediblər.

Əvvəlcə YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinə baxış olub, mərkəzin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə tərəfindən laboratoriyanın avadanlıqları, imkanları və burada göstərilən xidmətlər barədə geniş məlumat verilib.

Qonaqlar daha sonra Parkın rezidentləri - AMEA Təcrübə Sənaye Zavodunun və “Millers Oils Azerbaijan” MMC-nin istehsal sahəsini ziyarət edib, hazır məhsullara baxış keçiriblər. Bundan əlavə, YT Parkın digər rezidenti "Elm və Texnologiya Parkı" MMC tərəfindən istehsal olunan dronlar və pilotsuz uçuş aparatları barədə məlumat alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: