Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.05.2019 12:08
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib.

Gün ərzində muzeyi 600-ə yaxın insan ziyarət edib, onlara Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də cavidlər ailəsinin irsi və muzeyin ekspozisiyasında sərgilənən zəngin eksponatları haqqında geniş məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) 1977-ci ildə qəbul etdiyi qərarla mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: