Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı “Dünya Ərzaq Mükafatının” tədqimat mərasimində iştirak edib
04.11.2013 00:00
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı “Dünya Ərzaq Mükafatının” tədqimat mərasimində iştirak edib

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, b.ü.f.d. Eldar Mustafayev ABŞ-ın Des Moines şəhərində keçirilmiş “Dünya Ərzaq Mükafatının” (World Food Prize) tədqimat mərasimində iştirak edib. Üç gün davam edən tədbirdə kənd təsərrüfatının mövcud vəziyyəti müzakirə olunub, problemlərin həlli istiqamətində təkliflər irəli sürülüb və biotexnoloji üsullardan istifadənin olduqca vacib amillərdən olduğu vurğulanıb.

 

Tədbir çərçivəsində, həmçinin Norman Borlaug proqramının müxtəlif ölkələrdən olan qaliblərinin görüşü də təşkil olunub. Görüşdə bu proqramın kənd təsərrüfatı sahəsində mühüm rol oynadığı qeyd edilib, proqram çərçivəsində aparılan tədqiqat işləri barədə məlumat verilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: