Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Elmi İnnovasiyalar Mərkəzi və Polimer Materialları İnstitutu arasında əməkdaşlıq əlaqələri genişləndirilir
01.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Elmi İnnovasiyalar Mərkəzi və Polimer Materialları İnstitutu arasında əməkdaşlıq əlaqələri genişləndirilir

AMEA Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov və qurumun bir qrup əməkdaşı AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) olublar.

EİM-in direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov qonaqlara mərkəzin fəaliyyəti, görülən işlərlə bağlı ətraflı məlumat verib.

İki qurum arasında elmi-texniki, texnoloji biznes layihələrinin hazırlanması və reallaşdırılması, eləcə də qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: