Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

08.05.2019 17:43
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bilik yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bilik yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə AMEA-nın Dendrologiya İnstitutunda Xəzər rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında “Axtar tap” intellektual oyunu keçirilib.

Tədbirdə çıxış edən Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Respublikamızda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini deyən T.Məmmədov gənclərin məşğulluğunun təmin edilməsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğinin diqqət mərkəzində olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından söz açıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran alim ulu öndərin əbədiyaşar ideyalarının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Sonra çıxış edən Xəzər rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, onun müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən söz açıb.

V.Əliyev bu cür intellektual oyunların təşkilinin istedadlı gənclərin bilik və bacarıqlarının nümayiş etdirilməsinə stimul verdiyini qeyd edib.

Maraqlı rəqabət mühitində keçirilən yarışda 234 nömrəli tam orta məktəbin komandası fəxri kürsünün ilk pilləsində qərarlaşıb. İkinci yerə 230, üçüncü yerə isə 136 nömrəli tam orta məktəblərin komandaları layiq görülüblər.

Qalib komandalar kubok, diplom və Fəxri fərmanlarla təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: