Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib
08.05.2019 12:38
  • A-
  • A
  • A+

“Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının xalqımızın ictimai-mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.

M.Qasımlı, həmçinin ümummilli lider Heydər Əliyevin 70-ci illərin əvvəllərində Suriyaya səfəri və orada Nəsiminin məzarını ziyarət etməsindən danışıb və bildirib ki, şairin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ulu öndərin adı ilə bağlıdır: “Məhz onun səyi nəticəsində şairin 600 illik yubileyi YUNESKO səviyyəsində qeyd edilib”.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Ramilə Dadaşova, f.ü.f.d. Vahid Ömərov, t.ü.e.d. Qasım Hacıyev və i.e.ü.f.d. Liliya Mirzəzadə çıxış edərək İmadəddin Nəsimi haqqında yazılan əsərlərdən, onun hürufilik ideyalarından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: