Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qərb bölgəsinin bitki aləminin tədqiqinə həsr olunan vəsait işıq üzü görüb
08.05.2019 12:21
  • A-
  • A
  • A+

Qərb bölgəsinin bitki aləminin tədqiqinə həsr olunan vəsait işıq üzü görüb

Gəncə Bölməsi tərəfindən AMEA-nın müxbir üzvü Vaqif Novruzov, b.ü.f.d., dos. Yeganə Aslanova və b.ü.f.d. Ramidə Quliyevanın həmmüəllifi olduğu “Kiçik Qafqazın qaya-töküntü bitkiliyi və senopopulyasiyalarının dinamikası” adlı monoqrafiya çap olunub.

Vəsait Qərb bölgəsinin bitki aləminin tədqiqi ilə bağlı əldə olunan elmi nəticələrə həsr edilib. Qaya və töküntü bitkiliyinin arasında yüksək keyfiyyətli yem bitkilərinə rast gəlinir ki, onların toxumlarından yüksək dağ çəmənlərinin bərpası üçün istifadə oluna bilər. Yem bitkilərindən əlavə qaya və töküntülərdə dekorativ, qaya bərkidici və başqa qrup qiymətli bitkilər yayılır ki, onlardan seleksiya işlərində başlanğıc material kimi istifadə etmək mümkündür. Bundan əlavə, qaya və töküntülərdə özünəməxsus edafik və mikroiqlim şəraiti keçmiş, geoloji dövrlərin xüsusiyyətlərini özündə əks etdirən çoxlu növlər mövcuddur.

Ətraf mühitə antropogen təsir yükünün gücləndiyi indiki şə­raitdə müasir botanikanın əsas problemlərindən biri də bioloji müxtəlifliyin qorun­ma­­sını, səmə­rə­li istifadəsini təmin etmək üçün növün senopopulyasiya səviyyə­sində öyrənilməsi və dərk edilməsidir. Senopopulyasiyanı tədqiq etmədən bioloji müxtəlifliyin qorunmasını təmin etmək mümkün deyil.

Monoqrafiya biologiya, coğrafiya, geologiya, ekologiya istiqamətli elmi-tədqiqat müəssisələri, ali məktəblər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: