Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
08.05.2019 11:57
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini,  AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin müəssisənin dosenti Zaman Səfərovun I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifləri olduqları məqalə çap olunub.

Məqalə "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış "Integral Transforms and Special Functions" yüksək impakt faktorlu jurnalda dərc edilib.

"Karnot qruplarında kəsr maksimal operatorun kommutatorunun ümumiləşmiş Morri fəzalarında xarakterizasiyası" adlı məqalədə Karnot qruplarında təyin olunmuş kəsr maksimal operatorun ümumiləşmiş Morri fəzalarında məhdudluğu üçün zəif və güclü Spanne-Quliyev, Adams-Quliyev və Adams-Qunavan tipli meyarlar alınıb.

Bu nəticələrin tətbiqi olaraq kəsr maksimal kommutatorun ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün meyarlar  verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: