Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
08.05.2019 09:46
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib

Türkiyənin Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutunun rəhbəri Camalnur Sarqutun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Görüşdə müəssisənin direktor müavini, fil.ü.f.d., dos. Aygün Bağırlı çıxış edərək Ədəbiyyat İnstitutunda təsəvvüflə bağlı tədqiqatların aparıldığını bildirib və tədbirin gələcək əməkdaşlıq üçün əhəmiyyətli olduğunu söyləyib.

Daha sonra C.Sarqut rəhbərlik etdiyi institutun tarixi və müasir tədqiqat istiqamətləri barədə məlumat verib.

Tədbirdə, həmçinin filologiya elmləri doktorları - İmamverdi Həmidov, Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktorları - Fəridə Hicran, Zəkulla Bayramlı, Könül Hacıyeva, eləcə də Hürnisə Bəşirova çıxış edərək görüşün önəminə toxunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: