Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.05.2019 16:13
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir çərçivəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi də təşkil olunub.

Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli açaraq görkəmli dövlət xadiminin Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsində göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına da xüsusi qayğı ilə yanaşıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və filologiya üzrə elmlər doktoru Kamandar Şərifov çıxış edərək ümummilli liderin Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan, eləcə də onun uzaqgörən siyasətinin nəticələrindən danışıblar.

Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Ümummilli lider Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzəsində ulu öndərin yürütdüyü gənclər siyasətinin prioritet istiqamətlərindən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: