Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Coğrafiya Cəmiyyətinin X qurultayı keçiriləcək
07.05.2019 15:49
  • A-
  • A
  • A+

Azərbaycan Coğrafiya Cəmiyyətinin X qurultayı keçiriləcək

25-26 may 2019-cu il tarixində AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun dəstəyi ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) X qurultayı keçiriləcək.

Qurultayda cəmiyyətin prezidenti, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycan Coğrafiya Cəmiyyəti 80 ildə” mövzusunda məruzəsi ilə çıxış edəcək.

Tədbirdə, həmçinin qlobal iqlim dəyişmələri, Xəzər dənizi tədqiqinin müasir vəziyyəti, kadrların hazırlanması perspektivləri, ətraf mühitin mühafizəsi, tibbi və fiziki coğrafiya, ACC-nin beynəlxalq əlaqələri və s. müzakirə olunacaq.

Ünvan: Qəbələ rayonu, Çuxurqəbələ Arxeoloji Mərkəzi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: