Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib
06.05.2019 15:07
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı olub.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ulu öndər Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, ümummilli liderin təşəbbüsü ilə 1969-cu ildə muxtar respublikada ilk xüsusi mühafizə olunan təbiət ərazisi, Ordubad Dövlət Təbiət Yasaqlığı yaradılıb. Bundan əlavə, ulu öndərin 16 iyun 2003-cü ildə “Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında” Sərəncam imzaladığını söyləyib.

Bölmə sədri, həmçinin Prezident İlham Əliyev tərəfindən ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün qanun və qərarların qəbul edildiyini vurğulayıb.

Təqdimat mərasimində, o cümlədən akademik Tariyel Talıbov “Naxçıvanın təbiət ərazilərinin qiymətləndirilməsinin elmi əsaslarına dair sanballı əsər”, professor Əliyar İbrahimov “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabı haqqında bir neçə söz” və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev “Naxçıvan torpaqlarının öyrənilməsinə həsr olunan tədqiqat” mövzusunda məruzələrlə çıxış ediblər. Bildirilib ki, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsində, təbii mühit unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür. Məruzəçilər Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, flora və faunası, xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumat verərək son illərdə onların qorunması istiqamətində görülən məqsədyönlü tədbirlərdən də danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: