Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.05.2019 12:19
  • A-
  • A
  • A+

AMEA SETM-nin hərbi məmulatları Azərbaycan-Türkiyə birgə təlimlərində nümayiş olunub

AMEA SETM-nin hərbi məmulatları Azərbaycan-Türkiyə birgə təlimlərində nümayiş olunub

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri keçirilib.

Təlimlərdə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi məmulatları da nümayiş olunub. SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələrinin texniki imkanları hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: