www.science.az
28.08.2014 00:00

Naxçıvanda neolit və eneolit dövrünə aid yaşayış yerləri tədqiq edilir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Naxçıvançayın ətrafında neolit və eneolit dövrünə aid 20-dən çox yaşayış yeri aşkar ediblər.

Alimlər qədim Naxçıvanın Babək rayonu ərazisindəki Kültəpə yaşayış yeri və onun ətrafında aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələrinin eramızdan əvvəl V minilliyə aid olduğunu bildiriblər.

Azərbaycan-Fransa birgə tədqiqat qrupunun işlədiyi ərazidə fransalı arxeoloqları əsasən qədim yaşayış yerlərinin quruluşu maraqlandırır. Məqsəd neolit dövrü Naxçıvanı haqqında daha ətraflı məlumat əldə etməkdir.

Qeyd edək ki, qazıntı sahəsindən götürülən nümunələr analizlərdən keçirilmək üçün Fransa və İtaliyaya göndəriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.