Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tələbələr Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi təcrübə keçiblər
03.05.2019 11:53
  • A-
  • A
  • A+

Tələbələr Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi təcrübə keçiblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Sənətşünaslıq üzrə ixtisaslaşan tələbələri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi təcrübə keçiblər.

İnstitutun əməkdaşları - tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərov, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, tarix üzrə fəlsəfə doktorları - Səfər Aşurov, Fərhad Quliyev, Bəxtiyar Cəlilov, Dmitri Kiriçenko, həmçinin Arxeoloji fondun rəhbəri Arif Rəhmanov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov və antropoloq Vüsal Həsənov tələbələrə müəssisənin strukturu, aparılan arxeoloji və etnoqrafik tədqiqatları, elmi araşdırmaların metodları barədə məlumat veriblər.

Bundan əlavə, tələbələr institutun Arxeoloji fondunda və İçərişəhərdəki Elmi Sərgi-Muzeyində maddi mədəniyyət nümunələri və arxeoloji tapıntılarla tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: