Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

3 May - Ümumdünya Mətbuat Azadlığı Günüdür
03.05.2019 11:40
  • A-
  • A
  • A+

3 May - Ümumdünya Mətbuat Azadlığı Günüdür

Hər il 3 May tarixi dünyada jurnalistlərin beynəlxalq peşə bayramı - Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, mətbuatın müstəqilliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər müzakirə edilir.

2019-cu ildə YUNESKO artıq 26-cı dəfədir ki, Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edir. Təşkilatın Afrika Birliyi Komissiyası və Efiopiya Respublikası hökuməti ilə birgə təşkil etdiyi əsas tədbir 1-3 may tarixlərində Efiopiyada keçiriləcək.

Əlamətdar gündə qeyd olunan tədbirlər hər il bir mövzuya həsr olunur. 2019-cu il "Kütləvi informasiya vasitələri demokratiya uğrunda: dezinformasiya dövründə jurnalistika və seçkilər" mövzusuna həsr olunub. Tədbirlərdə kütləvi informasiya vasitələrinin seçki dövründə qarşılaşdığı müasir problemlər, həmçinin medianın sülhə dəstək və barışıq proseslərində potensialı müzakirə ediləcək.

Ümumdünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını alıb. Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumları və KİV nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: