Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Məsumə Məmmədova beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib
03.05.2019 11:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məsumə Məmmədova beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova 3-5 oktyabr 2019-cu il tarixlərdə Kazan şəhərində keçiriləcək “Türk dillərinin kompüter emalı” VII Beynəlxalq konfransının (The VII International Conference on Computer Processing of Turkic Languages, TurkLang 2019) beynəlxalq proqram komitəsinin üzvü seçilib.

Qeyd edək ki, tədbirdə türk dilləri üçün formal modellər, kompüter sistemləri və terminologiyanın milli lokallaşdırılması, elecə də mətnlərin morfoloji və sintaktik emalı, nitqin sintezi və tanınması, mətnlərin semantik emalı sistemləri, türk dillərinin öyrədilməsi üçün intellektual texnologiyalar və digər mövzular müzakirə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: