Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri Fizika İnstitutunda məruzə ilə çıxış ediblər
30.04.2019 17:22
  • A-
  • A
  • A+

“Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri Fizika İnstitutunda məruzə ilə çıxış ediblər

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamına əsasən keçirilən “Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri Fizika İnstitutunda məruzə ilə çıxış ediblər.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbiri şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova açaraq müsabiqənin nəticələrinə görə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Hamayıl Adıgözəlzadənin I yerə, Riyaziyyat və Mexanika İnstitutunun laboratoriya rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqovanın isə II yerə layiq görüldüyünü söyləyib. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd qaliblərin elmi fəaliyyəti ilə gənc alimləri tanış etməkdir.

Daha sonra H.Adıgözəlzadənin “Cavan ulduzlarda spektral dəyişikliklər” və S.Sadıqovanın “Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzusunda məruzələri dinlənilib.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: