www.science.az
04.11.2013 00:00

“Maarif və Mədəniyyət” jurnalında elmi araşdırmalar” kitabı işıq üzü görüb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Barat Osmanovanın “Maarif və Mədəniyyət” jurnalında elmi araşdırmalar” kitabı işıq üzü görüb.

 

Kitabda 1923-cü ildən Bakıda nəşr edilmiş “Maarif və Mədəniyyət” jurnalında dərc olunmuş türk və Azərbaycan alimlərinin elmi məqalələri toplanılıb. Yeni nəşrdə 30-dan artıq məqalə “Ədəbiyyat”, “Dil”, “Tarix”, “Mədəniyyət” və “Türkologiya” bölmələri üzrə qruplaşdırılaraq təqdim edilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.