Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
30.04.2019 09:19
  • A-
  • A
  • A+

“Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA Hüquq və İnsan Haqları İnstitutunun, Türkiyənin Özyeğin Universitetinin hüquq fakültəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans Prezident İlham Əliyevin "Görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında" 2019-cu il 10 aprel tarixli Sərəncamına əsasən təşkil edilib.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə hüquq sisteminin müxtəlif sahələri üzrə hüquqi məsuliyyət, eləcə də ölkəmizdə və beynəlxalq aləmdə aktual sahələri olan süni intellekt və tibb hüququ, bu sahə üzrə mövcud problemləri tənzimləyən qanunvericilik aktları, cinayət, mülki məsuliyyət barədə məlumat verib.

Sonra çıxış edən Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Şahmar Məmmədov vəkillərin hüquq sistemində zəruri rolu, hüquqların müdafiəsi istiqamətində görülmüş işlər, hüquqi məsuliyyətin tətbiqi zərurəti barədə danışıb.

Özyeğin Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Yener Ünver konfransın Azərbaycan və Türkiyənin hüquqşünasları arasında elmi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. O, Türkiyədə mövcud hüquqi məsuliyyətdən danışıb.

Konfrans bölmə iclasları ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: