www.science.az
30.04.2019 09:14

Azərbaycanlı alimin “Sosial dövlət modelləri” kitabı çap olunub

AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədovanın “Sosial dövlət modelləri” kitabı çap olunub.

Monoqrafiyada sosial dövlət dövlət idarəçiliyində yeni mərhələ kimi əsaslandırılır. Bununla yanaşı, sosial dövlətin idarəetmə prinsipləri, funksiyaları və mexanizmləri haqqında məlumat verir.

Nəşrdə, həmçinin sosial dövlət subyektləri arasındakı münasibətlərin təməli kimi sosial məsuliyyət və sosial əməkdaşlıq məsələləri, sosialyönümlü bazar iqtisadiyyatının inkişaf istiqamətləri araşdırılıb. 

Tədqiqat əsərində sosial dövlətin liberal modeli, kooperativ-konservativ sosial dövlət modeli, sosial dövlətin sosial demokratik modeli və bu modellərə uyğun olaraq, ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İsveç dövlətlərinin inkişaf istiqamətləri təhlil edilib, sosial dövlətin Azərbaycan modelinin əsasları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.