Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan dilində arxaizmlər” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib
29.04.2019 14:15
  • A-
  • A
  • A+

“Azərbaycan dilində arxaizmlər” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” keçirilib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin apardığı açıq dərsdə “Azərbaycan dilində arxaizmlər” mövzusundan danışılıb. Alimin sözlərinə görə, 8 min illik bir dövrü əhatə edən Azərbaycan dilinin leksikası uzun bir tarixi təkamül yolu keçib. Qeyd edib ki, arxaizmlər yazılı salnamələrdə, əcnəbi səyyahların kitablarında, bədii ədəbiyyatda, coğrafi adlarda, etnoqrafik məlumatlı arxiv sənədlərində və başqa bu kimi mənbələrdə müasir dövrə qədər gəlib çıxıb.

F.Rzayev dilin ifadə imkanlarına qədim şifahi və yazılı dastanlarımız olan “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Yaradılış”, “Alp ər Tonqa” kimi tarixi mənbələrdə geniş rast gəlindiyini söyləyib.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycan dilindəki qədim dövrə aid arxaizmləri öyrənməklə dilimizin keçdiyi tarixi prosesləri, inkişaf mərhələlərini anlamaq mümkündür.

Qeyd edək ki, açıq dərs ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: