Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb
29.04.2019 12:35
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb.

Sərgidə kitabxananın fondlarında saxlanılan alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva) kitabları, həmçinin onun haqqında yazılmış “Zərifə Əliyeva biblioqrafiya”, “Zərifə Əliyeva”, “İridodiaqnostika”, “Qaranlığa nur saçan zəka” kimi nəşrlər nümayiş olunur. Bundan əlavə, sərgidə ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də onların iştirak etdikləri konfrans, tədbir və səfərlərin fotolarının yer aldığı toplu təqdim olunur.

Məlumat üçün qeyd edək ki, sərgidə nümayiş etdirilən kitablar barədə MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına da yerləşdirilib. 

Oxucular və istifadəçilər uzun müddət davam edəcək sərgi ilə tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: