Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsində “İslamda müdrik kəlamlar” kitabının müzakirəsi keçirilib
26.04.2019 15:01
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “İslamda müdrik kəlamlar” kitabının müzakirəsi keçirilib

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsində “İslamda müdrik kəlamlar” kitabının müzakirəsi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkə Prezidentinin “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2 iyun 2016-cı il tarixli Sərəncamına əsasən hazırlanan kitabın elmi dəyərindən bəhs edib.

Daha sonra çıxış edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublikada bir sıra tədbirlər həyata keçirilib, müxtəlif məzmunlu kitab, monoqrafiya, bukletlər çap olunub. “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “İslamda müdrik kəlamlar” kitabı bu nəşrlər sırasında xüsusi yer tutur.

Qeyd olunub ki, 7 bölümdən ibarət olan kitabda 242 müdrik kəlam əksini tapıb. Nəşrdə elm və təhsil əlaqələri, ana və ataya hörmət, ədəb qaydaları, dostluq və tərbiyə, əxlaq və xeyirxah əməllər, ailə münasibətləri, idarəetmə və ədalət, Vətən və şəhidliklə bağlı müdrik kəlamlar yer alıb.

Sonda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: