Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Təbriz Universitetinin müəllimləri AMEA Şərqşünaslıq İnstitutunda oldular
27.08.2014 00:00
  • A-
  • A
  • A+

Təbriz Universitetinin müəllimləri AMEA Şərqşünaslıq İnstitutunda oldular

Təbriz Universitetinin bir qrup müəllimi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. Onları İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edirdi.

Qonaqları salamlayan institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva onlara rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixi, institutda iranşünaslıq sahəsində aparılan tədqiqatlar barədə ətraflı məlumat verdi.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi rəhbərlik etdiyi Mərkəzin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığından məmnunluğunu ifadə edərək, bu sahədə perspektivlərdən danışdı.

Təbriz Universitetinin müəllimlərindən - dr. Fərşbafian, iqtisadçı dr. Ağacani, coğrafiyaşünas dr. Nikcuh, Təbriz Universiteti Muzeyinin müdiri, tarixçi dr. Əbdullahi təmsil etdikləri ali məktəbin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirdilər. Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən qonaqlar Şərqşünaslıq İnstitutu ilə birgə elmi tədbirlərin keçirilməsi, kadr mübadiləsi, kitab nəşri və s. ilə bağlı əməkdaşlıq imkanlarından söz açdılar.

Görüşdə, həmçinin iki elmi müəssisə tərəfindən təşkil ediləcək bir neçə tədbirin perspektivləri müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: