Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
23.04.2019 09:45
  • A-
  • A
  • A+

“Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

30 may 2019-cu il tarixində AMEA-nın Folklor İnstitutunda bu qurumun təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunan “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir ölkə başçısının "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 17 yanvar 2019-cu il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin xülasələrini 6 may 2019-cu il tarixinədək celil.memmedquluzade2019@mail.ru elektron poçt ünvanına göndərə bilərlər. Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 13 may 2019-cu il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcək. Məruzələrin tam mətni 17 iyun 2019-cu il tarixinə qədər təqdim edilməlidir.

Məruzələrə dair tələblər:

- Xülasələr 150-200 sözdən ibarət, Microsoft Office Word, 12 şrift ölçüdə, interval 1,5;

- Səhifə qaydası - üst 2,5, alt 2,5, sağ 2,5, sol 2,5.

İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazıl­ma­lı­dır. “Qaynaqlar”dan sonra üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar söz­lər verilməlidir.

Ünvan: AZ 1001, İçərişəhər, 8-ci Kiçik qala döngəsi, 31.

Tel.: (+994 12) 492 92 48 (107), (+99412) 492 93 14.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: