Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nəsiminin dili və Azərbaycan şivələri” adlı monoqrafiya Almaniyada çapdan çıxıb
22.04.2019 10:44
  • A-
  • A
  • A+

“Nəsiminin dili və Azərbaycan şivələri” adlı monoqrafiya Almaniyada çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Nəsiminin dili və Azərbaycan şivələri” adlı monoqrafiyası Almaniyada çapdan çıxıb.

Monoqrafiya dahi Azərbaycan şairi İmadəddin Nəsiminin poetik dilinin tədqiqinə həsr olunub. Nəşrdə Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji və leksik dialektizmlər tarixi-müqayisəli və dialektoloji aspektdə tədqiq olunur.

Tarixi-linqvistik faktların tədqiqi göstərir ki, Nəsiminin dilində özünü göstərən dialekt faktlarının bir hissəsi xalq dilinin əsasında dayanmış tayfa dil elementləri ilə, digəri isə məhəlli xüsusiyyətlərin müəyyənləşməsi ilə əlaqədardır.

Əsərdən belə nəticəyə gəlmək olur ki, XIV-XV əsr Azərbaycan ədəbi dilinin koyne əsasını İ. Nəsiminin mənsub olduğu Şərq qrupu dialekt və şivələri təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: