Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının birinci nömrəsi nəşr olunub
19.04.2019 12:22
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının birinci nömrəsi nəşr olunub

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2019-cu il üçün 1-ci sayı çapdan çıxıb.

Jurnalın bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya (Başqırdıstan), Macarıstan və Özbəkistan alimlərinin türkologiyanın müxtəlif sahələrinə aid məqalələri dərc olunub.

Nəşrin “İmadəddin Nəsimi – 650”, “Klassik irs – Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” adlı rubrikalarında İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş dəyərli araşdırma, dövlət məclisi və qurultaya, Türkiyə türkcəsi və Azərbaycan dilinin qarşılıqlı anlama aspektindən leksik müqayisəsinə, Azərbaycan dilinin milli korpusunun yaradılmasına, “Vərqa və Gülşa” məsnəvisinin yeni nüsxəsinə, başqırd mifologiyasına, Macarıstandakı türk mətbəxinə və M.T.Zehtabinin “İran türklərinin əski tarixi” kitabında Azərbaycan məsələsinə dair elmi-nəzəri məqalələr dərc olunub. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair yazılara yer verilib.   

Qeyd edək ki, məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov olan “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur.

Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: