www.science.az
24.08.2014 00:00

Aqrar sahədə tədqiqatlar və innovasiyalar sisteminin təşkili ilə bağlı müzakirələr aparılıb

AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və qurumun bir qrup əməkdaşı AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzində olublar.

Aqrar Elm Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Əsəd Musayev ilə görüşdə aqrar sahədə tədqiqatlar və innovasiyalar sisteminin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, əsas iqtisadi problemləri tədqiq etmək, xırda fermer təsərrüfatı sahəsində sahibkarlığın inkişafı, informasiya monitorinq sisteminin yaradılması, taxıl istehsalı və emalına dair yeni layihələrin işlənilməsi və s. barədə müzakirələr olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.