Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bulud mühitində yükün təhlükəsiz virtual maşınlara optimal paylanması üsulu təklif olunub
17.04.2019 14:50
  • A-
  • A
  • A+

Bulud mühitində yükün təhlükəsiz virtual maşınlara optimal paylanması üsulu təklif olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Bulud mühitində yükün PSO əsasında balanslaşdırılması üsulu” (PSO-based Load Balancing Method in Cloud Computing) adlı məqalə “Springer” nəşriyyatında dərc olunan  “Automatic Control and Computer Sciences” jurnalında çap olunub.

Bulud texnologiyaları mühitində tapşırıqların planlaşdırılması prosesinin optimallaşdırılması çoxkriteriyalı NP-çətin (ing. NP-hard, nondeterministic polynomial) problemdir. Məqalədə “sürü” intellektinə əsaslanan aPSO-TBLB (Task Based Load Balancing) adlı yük balanslaşdırılması üsulu təklif edilmişdir. Üsul bulud texnologiyaları mühitində virtual maşınlarda izafi yükləmə yaradan tapşırıqların yüklənmiş virtual maşınlardan münasib virtual maşınlara optimal miqrasiyasını təmin edir. Təklif edilən optimallaşdırma üsulunda tapşırıqların emal vaxtı və ötürülmə vaxtının minimallaşdırılması məqsəd funksiyaları kimi seçilib. Təklif edilən yanaşmanın eksperimental yoxlanması Cloudsim və Jswarm proqramlarında aparılıb. Simulyasiya nəticəsində təklif edilmiş üsul əsasında tapşırıqların planlaşdırılması üçün optimal həll tapılmış, tapşırıqların Virtual Maşınlara bərabər paylanması təmin edilib və onların Virtual Maşınlara təyin edilməsi prosesinə olduqca az vaxtın sərf edilməsi əldə olunub. 

Qeyd edək ki, “Automatic Control and Computer Sciences” jurnalı “Web of Science”, “SCOPUS”, “INSPEC”, “Google Scholar”, “DBLP”, “EBSCO Discovery Service”, “EI Compendex”, “Emerging Sources Citation Index”, “Expanded Academic”, “Gale Academic OneFile”, “ProQuest-ExLibris Primo” və s. beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: