Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyi ərəfəsində Birləşmiş Veteranlar Şurası tərəfindən həyata keçirilən tədbirlər müzakirə edildi

AMEA-nın 70 illik yubileyi ərəfəsində Birləşmiş Veteranlar Şurası tərəfindən həyata keçirilən tədbirlər müzakirə edildi

Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsinin iclas salonunda Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan BVŞ-nin sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovgündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verdi.

AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərarların qəbul edildiyini söyləyən R.Qasımov BVŞ-nin AMEA-nın 70 illik yubileyi ərəfəsində gördüyü işlərdən danışdı. AMEA-nın 70 illik yubileyinin keçirilməsinin ölkənin elmi-mədəni və sosial-ictimai həyatında əlamətdar hadisə olduğunu qeyd etdi.

Sonra çıxış edən BVŞ-ın sədr müavini, II Xüsusi şöbənin müdiri Eldar QuliyevAMEA Rəyasət Heyətinin “AMEA-nın 70 illik yubileyi ərəfəsində AMEA Birləşmiş Veteranlar Şurası tərəfindən həyata keçirilən tədbirlər haqqında” 07 may 2014-cü il tarixli qərarının keçirilməsində elmi müəssisə və təşkilatların Veteran Şuralarının vəzifələri barədə ətraflı məlumat verdi. Bildirdi ki, BVŞ-ı özündə 36 İlk Veteran Təşkilatını və 2 minə yaxın veteranı birləşdirir. Onlardan 19-u akademik, 33-ü isə müxbir üzvdür. Hazırda AMEA-da 8 nəfər 1941-45-ci il Böyük Vətən müharibəsi iştirakçısı çalışır.

Sonda Rəyasət Heyətinin qərarı ilə qəbul edilmiş təkliflər ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: