www.science.az
16.04.2019 16:19

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalı məqalə qəbulu elan edir

“Azər-ilmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 6 iyul 2012-ci il tarixli qərarı ilə sənətşünaslıq üzrə və 13 mart 2015-ci il tarixli qərarı ilə tarix üzrə "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı"na daxil edilib.

Jurnal 30-cu sayı üçün tarix, etnoqrafiya, arxeologiya, sənətşünaslıq, mifologiya, folklor, iqtisadiyyat və digər mövzularda Azərbaycan, ingilis və rus dillərində elmi, elmi-publisistik məqalələrin qəbulunu elan edir.

Məqalələrin yazılışına dair tələblər:

- Məqalələr çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə (xalchashunasliq@gmail.com) qəbul olunur;

- Məqalələrin həcmi mövzunun əhatə dairəsindən asılı olaraq dəyişir;

- Elmi məqalələrdə müəllifin adı, soyadı, iş yeri, elmi dərəcəsi və e-mail ünvanı göstərilməli, ingilis və rus dillərində xülasələr, açar  sözlər, UOT kod verilməlidir;

- Xülasə 150, açar sözlər 10 sözü keçməməlidir;

- Şəkillər (jpg) yüksək keyfiyyətli, qrafik və cədvəllər düzgün tərtibatlı olmalıdır;

- Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır;

- Məqalələr, xülasə və açar sözlər Winword proqramında, Times New Roman

şrifti, ara məsafəsi 1.5 olmaqla, 14 punto böyüklüyündə yazı tipi ilə yazılmalıdır;

- Elmi dərəcəsi olmayan müəlliflərin məqalələri iki elmi rəylə birlikdə təqdim olunmalıdır;

- Yalnız elmi və üslubi cəhətdən ciddi redaktə olunmuş, ədəbiyyat siyahısı yoxlanılmış məqalələr qəbul olunur.

Məqalələrin çapı üçün ödəniş tələb olunmur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2., “Azər-İlmə” Xalçaçılıq Mərkəzi 

Tel: (+994 12) 465 17 52 (114)   

E-mail: xalchashunasliq@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.