Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunan məqalələr toplusu nəşr edilib
16.04.2019 10:24
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunan məqalələr toplusu nəşr edilib

“Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” məqalələr toplusunu nəşr edib.

Topluya Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev “Ön söz” yazıb. Məqalələr toplusunun rəyçiləri Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva və muzeyin aparıcı işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, tərtibçisi isə tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovdur.

Topluda “Aida İmanquliyevanın multikulturalizmin inkişafında rolu”, “Aida İmanquliyevanın tədqiqatlarının əsas məziyyətləri: multikultural dəyərlərin öyrənilməsi”, “Şərqlə Qərb – Aida İmanquliyeva yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər”, “Aida İmanquliyevanın yaradıcılığında İslam mədəniyyətinin Qərbə təsiri məsələsi” və “Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” başlıqlı məqalələr yer alıb. Həmçinin görkəmli şərqşünas alimin yaradıcılığı işığında ərəb məhcər ədəbiyyatının Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə kimi təmsilçilərinin əsərləri tədqiq edilib və nümunələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: