Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.04.2019 16:32
  • A-
  • A
  • A+

BNTİ-nin nümayəndələri YT Parkda istehsal olunan məhsullarla tanış olublar

BNTİ-nin nümayəndələri YT Parkda istehsal olunan məhsullarla tanış olublar

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) vitse-direktoru, professor Mixail İtkisin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub. 

Əsas məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanışlıq idi.

Nümayəndə heyətinin tərkibinə BNTİ-nin Yüksək fiziki enerji laboratoriyasının müdir müavini A.Vodopyanov, Nüvə reaksiyası laboratoriyasının müdiri S.Dmitriyev, İnformasiya texnologiyaları laboratoriyasının müdiri V.Korenkov, Nüvə problemləri laboratoriyasının müdir müavini V.Qlaqolev, həmin laboratoriyanın baş elmi işçisi N.Rusakoviç və böyük elmi işcisi N.Quseynov, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini A.Kotova, Yüksək fiziki enerji və fiziki atlas laboratoriyasının sektor müdiri A.Ceplakov, həmçinin Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Ştekl, həmin institutun elmi işciləri Michael Holik və Fadaxat Mamedov, Polşanın Təhsil Nazirliyinin böyük mütəxəssisi Bereza Aqneşka və Almaniyanın Antiproton və İon Tədqiqatları Mərkəzinin (FAİR) direktoru, professor Paolo Giubellino daxildirlər.   

Qonaqları salamlayan YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov beynəlxalq təşkilat olan BNTİ ilə əməkdaşlığın Azərbaycanın eyni fəaliyyət sahəsinə aid olan bütün elm və təhsil müəssisələrini əhatə etdiyini bildirib.

Daha sonra nümayəndə heyəti YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin  laboratoriya avadanlıqları, imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

Bundan başqa, qonaqlar Təcrübə-Sənaye Zavodu (TSZ), İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsinə baş çəkərək hazır məhsul anbarında toplanılmış mallara baxış keçiriblər, eləcə də “Elm və Texnologiya Parkı” MMC və “Azeltech” MMC-nin istehsalat ərazisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: