Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
10.04.2019 16:21
  • A-
  • A
  • A+

AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi ilə Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun əməkdaşları arasında görüş keçirilib.

Əsas məqsəd tərəflər arasında detektorların hazırlanması məqsədilə birgə əməkdaşlıq müqaviləsinin imzalanması olub.

Görüşdə Azərbaycan tərəfindən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, mərkəzin 2 nömrəli laboratoriyasının müdiri Fərid Əhmədov və Radiasiya Problemləri İnstitutunun əməkdaşı Qadir Əhmədov, Çexiya tərəfindən isə Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Ştekl və həmin institutun əməkdaşı Michael Holik iştirak ediblər.

Görüşdə detektorların hazırlanması məqsədilə tərəflər arasında 5 il müddətinə birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi F.Abdullayev və İ.Ştekl imzalayıblar.

Müqavilədə Azərbaycan tərəfinin hazırladığı MSFD fotodiodların təkmilləşdirilməsi, MSFD fotodiodların əsasında detektor modullarının birgə işlənməsi, həmçinin onların beynəlxalq təcrübələrdə, spektroskopiyada, lazerli məsafə təyinedicilərdə və PET-də sınaqdan keçirilməsi kimi məsələlər nəzərdə tutulub.

Sonda qurumlar arasında yüksək kadr potensialı olan texniki qrupun yaradılmasına dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: