Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2019 15:35
  • A-
  • A
  • A+

Fizika İnstitutunda beynəlxalq seminar təşkil edilib

Fizika İnstitutunda beynəlxalq seminar təşkil edilib

AMEA Fizika İnstitutunda “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarda elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov BNTİ-nin beynəlxalq təşkilat olduğunu və bu təşkilatla əməkdaşlığın dövlət səviyyəsində aparıldığını vurğulayıb. Qeyd edib ki, BNTİ ilə əməkdaşlıq Azərbaycanın eyni fəaliyyət sahəsinə aid olan bütün elm və təhsil müəssisələrini əhatə edir.

Daha sonra BNTİ-nin Nüvə problemləri laboratoriyasının baş elmi işçisi Nikolay Rusakoviçin “İnstitutun 7 illik inkişaf strategiyası proqramının planının hazırlığı. Avropa tədqiqat infrastrukturu sisteminə BNTİ-nin inteqrasiyası perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi BNTİ-nin qarşısında duran vəzifələrdən, burada aparılan tədqiqatlardan və əldə olunan elmi nailiyyətlərdən bəhs edib.

Tədbirdə, həmçinin BNTİ-nin Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri Aleksandr Çeplakov “ATLAS eksperimentlərinin elmi nəticələri” və Nüvə problemləri laboratoriyasının direktor müavini V.Qlaqolev “V.P.Celepov adına nüvə problemləri laboratoriyasının əsas tədqiqat istiqamətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda müzakirələr aparılıb, seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: