Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
09.04.2019 09:59
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının cari ildə ilk sayı işıq üzü görüb.

Nəşrin bu sayında Vatikanın Lateran Pontifik Universitetinin professoru Françesko Alfierinin “Haqqa aparan ortaq yol nümunəsi”, İranın Əmir Kəbir Universitetinin professoru Əbülfəzl Kiyaşimşəkinin “Fəlsəfə və irfanın transsendental fəlsəfədə qarşılıqlı təsiri”, Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədov və Fuad Qurbanovun “Lütfi Zadənin Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin məntiqi-qnoseoloji təhlili”, Elm Tarixi İnstitutunun baş elmi işçisi, dosent Ələddin Məlikovun “Sədrəddin Şirazi fəlsəfəsində ağıl və inam münasibətlərinin təhlili”, Fəlsəfə İnstitutunun dissertantı Yeganə Rəsulovanın “Tarixi yaddaş mədəniyyətin təkamülü dinamikasında” və digər məqalələr yer alıb.

Qeyd edək ki, yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir.

Jurnal "İdeal Online", "EBSCO", "DIIF", "Cosmos Impact Factor", "International Index Copernicus" və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: