Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

"SABAH" qruplarının tələbələrinə Hüseyn Cavidin yaradıcılığı haqqında məlumat verilib
08.04.2019 13:00
  • A-
  • A
  • A+

"SABAH" qruplarının tələbələrinə Hüseyn Cavidin yaradıcılığı haqqında məlumat verilib

Azərbaycan Dillər Universitetinin "SABAH" qruplarının tələbələri üçün AMEA Hüseyn Cavidin Ev Muzeyində interaktiv dərs keçirilib.

Elmlə təhsilin inteqrasiyası çərçivəsində baş tutan dərsdə tələbələrə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verilib.

Daha sonra H.Cavidin həyatı və muzeyin zəngin eksponatları barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Dərs zamanı tələbələr ədibin şeirlərindən parçalar da səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: