Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı keçiriləcək
05.04.2019 09:34
  • A-
  • A
  • A+

İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı keçiriləcək

8-9 aprel 2019-cu il tarixində saat 10:00-da AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu qurumun və İtaliya Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun birgə təşkilatçılığı ilə İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı keçiriləcək.

Tədbirdə "Gələcək sağlamlıq üçün mütərəqqi biomateriallar və texnologiyalar", "Sümük regenerasiyası və bərpası üçün iynələnə bilən terapeftik materiallar", "Aktiv qablaşdırmalar üçün  innovativ polimer materiallar", "Tərkibində metal olmayan polimer karbon nitrid üzərində kataliz" və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı ş., H.Cavid pr., 113.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: