Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli Azərbaycan maarifçisi haqqında kitab nəşr olunub
04.04.2019 16:14
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan maarifçisi haqqında kitab nəşr olunub

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Kamandar Şəriflinin XIX əsrdə yaşamış görkəmli Azərbaycan maarifçisi, mətnşünas alimi Əbdülqəni Nuxəvi Xalisəqarızadənin həyat və yaradıcılığından bəhs edən kitabı çapdan çıxıb.

Kitabın “Alim, pedaqoq və kitabşünas” adlanan birinci hissəsində mətnşünas alimin doğulub boya-başa çatdığı Şəki şəhərinin XIX yüzillikdəki tarixi mənzərəsinə, Şəkidəki maarif ocaqlarına nəzər yetirilib, onun həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti əhatəli şəkildə araşdırılıb. Alimin şəxsi kitabxanasından əldə edilən bəzi qiymətli əlyazma abidələri də tədqiqata cəlb edilib.

Əsərin ikinci hissəsi “Qazıxana dəftəri” adlanır. Bu əlyazma kitabı Xalisəqarızadənin Şəki şəhərinin baş qazisi işlədiyi dövrdəki fəaliyyəti ilə sıx bağlıdır. Alimin tərtib etdiyi bu əlyazma XIX yüzillikdə Şəkidə ailə hüququ, səhiyyə tarixi, yer adları və tanınmış şəxsiyyətlər haqqında məlumatların öyrənilməsi baxımından olduqca dəyərli mənbədir.

Nəşrin elmi redaktoru Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: