Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Yüksək Texnologiyalar Parkı ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
04.04.2019 15:28
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkı ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Qərbi Kaspi Universitetinin sosial və humanitar məsələlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Rauf Həsənov və universitetin nəzdində yaradılmış Texnoparkın direktoru İftixar Məmmədrzayev AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov qonaqlara müəssisənin istehsal prosesi, müasir texnologiyalar əsasında əldə olunan rəqabətədavamlı və müxtəlif çeşidli məhsullar barədə ətraflı məlumat verilib. Bildirib ki, Parkda tətbiq olunmuş qabaqcıl texnologiya keyfiyyətli, yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir. 

Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə innovativ layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: