Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın İqtisadiyyat İnstitutunda Monteneqro Elmlər və İncəsənət Akademiyasının prezidenti ilə görüş keçirilib
03.04.2019 12:09
  • A-
  • A
  • A+

AMEA-nın İqtisadiyyat İnstitutunda Monteneqro Elmlər və İncəsənət Akademiyasının prezidenti ilə görüş keçirilib

Monteneqro Elmlər və İncəsənət Akademiyasının (MEİA) prezidenti, professor Draqan Vukçeviç AMEA-nın İqtisadiyyat İnstitutunda olub.

Qonağı salamlayan institutun direktoru, professor Nazim İmanov ona rəhbərlik etdiyi elmi müəssisədə aparılan elmi-tədqiqat işləri, xüsusilə fundamental-nəzəri araşdırmalar barədə məlumat verib.

Görüşdə İqtisadiyyat İnstitutunun innovativ tədqiqatları, iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin qiymətləndirilməsi və post-neft iqtisadiyyatına keçidin astana göstəricilərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb, bu tədqiqatların beynəlxalq ekspert icması üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Bundan başqa, 2019-2021-ci illərdə AMEA İqtisadiyyat İnstitutunda aparılması nəzərdə tutulan “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” mövzusunda kompleks tədqiqat mövzusuna dair fikir mübadiləsi aparılıb.

Görüşdə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin MustafayevBeynəlxalq əlaqələr idarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov və İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: