Şərqşünas alim Qafqazşünasların III Beynəlxalq Konqresində iştirak edib
23-26 oktyabr tarixlərində Tiflisdə (Gürcüstan) “Qafqazda multikulturalizm və tolerantlıq” mövzusunda Qafqazşünasların III Beynəlxalq Konqresi keçirilib. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Din və ictimai fikir tarixi" şöbəsinin böyük elmi işçisi Leyla Məlikova konqresdə “Yeni dinlər əsasında dinlərarası mədəniyyətlər dialoqunun tənqidi təhlili (bəhailiyin nümunəsində)” adlı məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.