Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Fikrət Əliyev Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib
02.04.2019 15:12
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyev Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda AMMODİT (Approximation Methods for Molecular Modelling and Diaqnosis Tools) konfransının açılışında iştirak edib.

Tədbirdə Avropanın bir çox ölkələrindən (Almaniya, Çexiya, Belarus və s.) tanınmış alim və mütəxəssislər iştirak edib.

Konfransda akademik F.Əliyev rəhbərlik etdiyi institutda aparılan tədqiqat işlərinə dair məruzə ilə çıxış edib. O, əldə edilən nəticələr əsasında əməkdaşlıq qurmaq üçün almaniyalı professor C.Tunik ilə müzakirələr aparıb.

AMMODİT 2017-2019-cu il üçün Avropa Şurası tərəfindən maliyyələşdirilən qrant layihəsidir. Bu layihənin davamı olan SOMPATY (Spectral Optimization: From Mathematics to Physics and Advanced Texnology) 2020-2023-cü illərdə yenidən Avropa Şurası tərəfindən maliyyələşdiriləcək. BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun və Mexanika-riyaziyyat fakültəsinin iştirak etdiyi layihədə Azərbaycan, Almaniya, Çexiya və Ukrayna birgə çalışacaq.

Konfransda layihənin şərtləri, Azərbaycan tərəfinin öhdəlikləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: