Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı kitab çap olunub
02.04.2019 14:59
  • A-
  • A
  • A+

“Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı kitab çap olunub

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın müəllifliyi ilə “Elektron-tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı monoqrafiya çap olunub.

Kitab e-tibbin mahiyyəti, imkanları, formalaşması, teletibbin inkişafı problemlərinin analizinə həsr edilib. Monoqrafiyada e-tibbin elmi-nəzəri problemləri ətraflı şərh edilib, həkim qərarlarının qəbul olunması üçün tibbi ekspert sistemlərinin işlənilməsi, fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi və tibdə Big Data problemlərinə baxılıb. Əşyaların İnterneti və sosial medianın e-tibdə yaratdığı imkanlar, onların fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında rolu, tibbi sferada kadr təminatı ilə bağlı tendensiyalar və e-tibbin insan resurslarının formalaşması məsələləri nəzərdən keçirilib.

Nəşrin elmi məsləhətçisi, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, elmi redaktorları akademik Telman Əliyev və AMEA-nın müxbir üzvü Nuru Bayramovdur.

Monoqrafiya informasiya texnologiyaları, tibbi informatika, e-tibb sahələri üzrə mütəxəssislər, tədqiqatçılar, elmi işçilər, müəllimlər və tələbələrin də aid olduğu geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın elektron variantını buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: