Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunda Elm Gününə həsr olunan seminar keçirilib
01.04.2019 11:57
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Elm Gününə həsr olunan seminar keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Elm Gününə həsr olunan “Avropa Birliyi HORİZON 2020 proqramında Azərbaycan alimlərinin iştirakı” mövzusunda elmi seminar keçirilib. 

Tədbiri İSİ-nin direktoru, akademik Telman Əliyev açaraq əldə olunan nailiyyətlərdən, Azərbaycan elminin indiki vəziyyətindən və inkişaf perspektivlərindən danışıb.

Sonra İSİ-nin Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, Avropa İttifaqının “HORİZON 2020” proqramının Qanunvericilik və maliyyə üzrə milli təmsilçisi, tex.ü.f.d. Tofiq Babayev layihə barədə təqdimatla çıxış edib. O, təqdimatında Avropa İttifaqının Elmi Tədqiqat Çərçivə proqramlarının tarixi, “Avropa 2020” strategiyası, “HORİZON 2020” proqramının tərkib hissələri, tədqiqatçıların proqramda iştirak və qeydiyyat qaydaları, layihə tenderlərinin axtarışı, konsorsiumun yaradılması barədə  seminar iştirakçılarına geniş məlumat verib.

Daha sonra təqdimat ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: