www.science.az
09.06.2014 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunda İran alimləri ilə görüş keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər doktoru Zeynal Əkpərov İran Ornomental Bitkilər İnstitutunun baş direktoru Dr.Pejman Azadi, İran Aqrar Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun Molekulyar fiziologiya şöbəsinin professoru Babak Nakhoda və Tehran Universitetinin professoru Mir Masoumini qəbul edib.

Görüşdə məqsəd aqrar biotexnologiya, molekulyar seleksiya, molekulyar fiziologiya, genomika, genetik modifikasiya olunmuş bitkilərin təyini və biotəhlükəsizlik sahələri üzrə əməkdaşlıq əlaqələrinin müzakirəsi idi.

Görüş zamanı birgə tədqiqatların aparılması üçün Genetik Ehtiyatlar İnstitutu ilə İran Aqrar Biotexnologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.

Sonda qonaqlar institutun təcrübə sahəsi və Biotexnologiya şöbəsi ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.