AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Afiq Məmmədov Praqa (Çexiya) şəhərində 5 günlük ezamiyyətdə olub.
O, Praqanın Beynəlxalq Biomüxtəliflik İnstitutu tərəfindən təşkil edilmiş Bitki Genetik Ehtiyatları (BGE) üzrə Avropa Əməkdaşlıq Proqramının (ECPGR) Sənədləşdirmə və İnformasiya İşçi Qrupunun iclasında və BGE-nin inventarlaşdırılması problemlərinə həsr olunmuş Beynəlxalq seminarda Azərbaycanı təmsil edib. İclas və seminarda növbəti illər üçün Avropa məkanında BGE üzrə informasiya sistemlərinin inkişaf istiqamətləri müzakirə edilərək qəbul olunub.
Tədbirlərdə iştirak edən milli əlaqələndiricilər, işçi qrupunun üzvləri, tanınmış alim və mütəxəssislər müvafiq sahələrdə Azərbaycanda aparılan tədqiqatları, o cümlədən GEİ-nin Avropa Proqramları çərçivəsində fəaliyyətini yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.