Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.03.2019 13:56
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə sertifikatlara layiq görülüb

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə sertifikatlara layiq görülüb

AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə “Swarm And Evolutionary Computation” və “Information Processing & Management” jurnallarının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan hər iki jurnal “Web of Science” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnallardır. Belə ki, “Swarm and Evolutionary Computation” jurnalının cari ildə impakt faktoru 3.818-ə, 5 illik impakt faktoru isə 4.607-ə bərabərdir. “Information Processing & Management” jurnalının impakt faktoru isə cari ildə 3.444-ə, 5 illik faktoru isə 2.641-ə bərabərdir. “Clarivate Analytics” şirkətinin hazırladığı “Journal Citation Reports” hesabatına görə, bu jurnalların hər ikisi ən yüksək Q1 sinfinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: